Home » Haqqımızda
“TİİC” (Təlim, İnkişaf,innovasiya mərkəzi) İnşaat, İstehsalat, Marketinq, İqtisadi və Sosial sahələrdə çalışan və karyera qurmaq istəyən şəxslər üçün, müvafiq peşəyə uyğun olan mütəxəssislər tərəfindən yönləndirilən və istiqamət verən korporativ bir layihədir.
TİİC platforması 28.08.2024 tarixindən fəaliyyətə başlayıb. Platformanın daxilində hal-hazırda onlayn kurs və fərdi təlim sahələri fəaliyyət göstərir.
SƏTƏM, İnşaat mühəndisi, Keyfiyyətə nəzarət, İnsan resursları,Mühasib,Memar,Planlama,Hüquqşunas sahələri aktiv fəaliyyət göstərməkdədir. Gələcəkdə peşə və fənn hazırlığı sahələri də platformaya əlavə edilməsi nəzərdə tutulur.
Platforma gələcəkdə DOST mərkəzi, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və FHN ilə əməkdaşlıq etməyi qarşısına məqsəd qoyub.
Dəstək və tövsiyələr Azərbaycan Respublikasının Konstitusiyasina, qanunvericiliyinə o cümlədən Əmək məcəlləsinə uyğun olaraq tənzimlənir. Habelə Fövqaladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi qaydalarına əsaslanır.
Beynəlxalq istinadlar olaraq isə NEBOSH, İOSH,OHSAS tələbləri və İSO, ГОСТ,СНИП kimi standartların tələblərinə istinad edir.