Skip to main content

“TİİC” Platforması , İnşaat, İstehsalat, Marketinq, İqtisadi və Sosial sahələrdə çalışan və karyera qurmaq istəyən şəxslər üçün, müvafiq peşəyə uyğun olaraq platforma daxilində olan mütəxəssislər tərəfindən yönləndirilən və istiqamət verən ödənişsiz bir korporativ layihədir.

TİİC platforması 28.08.2024 tarixindən fəaliyyətə başlayıb. Platformanın daxilində hal-hazırda kurs və təlim sahələri fəaliyyət göstərir.

SƏTƏM, İnşaat mühəndisi, Keyfiyyətə nəzarət, İnsan resursları,Mühasib,Memar,Planlama,Hüquqşunas.
Gələcəkdə peşə və ixtisas kanallarının platformaya əlavə edilməsi nəzərdə tutulur.
Platforma gələcəkdə DOST mərkəzi, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və FHN ilə əməkdaşlıq etməyi qarşısına məqsəd qoyub.

Dəstək və tövsiyələr Azərbaycan Respublikasının Konstitusiyasina, qanunvericiliyinə o cümlədən Əmək məcəlləsinə uyğun olaraq tənzimlənir. Habelə Fövqaladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi qaydalarına əsaslanır.
Beynəlxalq istinadlar olaraq isə NEBOSH, İOSH,OHSAS tələbləri və İSO, ГОСТ,СНИП kimi standartların tələblərinə istinad edir.