Skip to main content

TIIC Company qapalı və açıq sahələrdə yerləşən iş yerlərinin attestasiyasının keçirilməsi xidmətini peşəkar şəkildə təklif edir.

İş yerlərinin attestasiyası Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn məcburi tələblərdən biridir. Mülkiyyət və təşkilati-hüquqi formasından, həmçinin fəaliyyət növündən asılı olmayaraq bütün müəssisə və təşkilatlarda həyata keçirilməlidir.

Hüquqi əsas

İş yerlərinin attestasiyasının keçirilməsi:Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinə,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.03.2000-ci il tarixli, 38 nömrəli Qərarınaəsasən həyata keçirilir.Qanunvericiliyə görə, əmək şəraitindən asılı olmayaraq işəgötürən iş yerlərinin attestasiyasının aparılmasını təmin etməlidir.

Attestasiyanın məqsədi

Müəssisələrdə iş yerlərinin attestasiyası aşağıdakı məqsədlərlə həyata keçirilir:

əməyin mühafizəsi tədbirlərinin təmin olunması;

istehsal sanitariyası və gigiyenası vəziyyətinin müəyyən edilməsi və yaxşılaşdırılması;

əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması;

əməyin təşkilində mütərəqqi üsulların, yeni texnika və texnologiyaların tətbiqi.

Keçirilmə müddəti

İş yerlərinin attestasiyası hər 5 ildən bir aparılmalıdır.

1.0. ATTESTASİYANIN KEÇİRİLMƏSİNİN MƏQSƏDLƏRİ

 İş yerlərinin attestasiyası aşağıdakı məqsədlərlə həyata keçirilir:

➢ iş yerlərində mövcud olan təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəricilərinin müəyyən edilməsi;

➢ iş yerlərinin zədə təhlükəsizliyi səviyyəsinin qiymətləndirilməsi;

➢ işçilərin fərdi mühafizə vasitələri (FMV) ilə təmin olunma vəziyyətinin və bu vasitələrin səmərəliliyinin qiymətləndirilməsi.

1.1. İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəricilərinin müəyyən edilməsi

Əmək şəraiti üzrə iş yerlərinin attestasiyası zamanı iş yerində mövcud olan bütün təhlükəli və zərərli istehsalat amilləri, habelə:

əməyin ağırlığı;

əməyin gərginliyi

müvafiq normativ sənədlərə uyğun olaraq qiymətləndirilir və ölçülür.

1.2. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi

İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsinin əsas obyektləri aşağıdakılardır:

✓ istehsal avadanlıqları;

✓ qurğular və iş alətləri;

✓ işçilərin təlim və tədris vasitələri ilə təmin olunma vəziyyəti.

Qiymətləndirmə zamanı avadanlıqların texniki vəziyyəti, qoruyucu mexanizmlərin mövcudluğu və təhlükəsizlik tələblərinə uyğunluğu nəzərə alınır.

1.3. İşçilərin fərdi mühafizə vasitələri (FMV) ilə təmin edilməsinin qiymətləndirilməsi

İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması aşağıdakı meyarlar üzrə qiymətləndirilir:

✓ zərərli və təhlükəli istehsalat amillərinin dərəcələrinə uyğunluq;

✓ zədə təhlükəsizliyi dərəcələrinə uyğunluq;

✓ FMV-lərin normativ tələblərə cavab verməsi və istifadə səmərəliliyi.

But nothing the copy said could convince her

and so it didn’t take long until a few insidious

Copy Writers ambushed her

The  way. On her way she met a copy.

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named .

A small river named Duden flows by their place and supplies it with the necessary regelialia.

tiic.az

Təlim,inkişaf və innovasiya mərkəzi

Leave a Reply