Skip to main content

Qida Təhlükəsizliyinin İnsan Həyatında Rolu

Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!

Qida təhlükəsizliyi – sizi, qidanın hazırlanması, asxlanılması, istifadəsi və qablaşdırılması prosesində qarşılaşa biləcəyiniz təhlükələrdən qorumaq və riskləri minimallaşdırmağa yardım edir.
Siz çox sadə yollarla özünüzə və digər insanlara zərər yetirə bilərsiniz. Bunun üçün qapalı sahəyə, düşən əşyaya, hündürlükdə görülən işlərə və s-yə ehtiyyac yoxdur. Çirkli əllərinizi yumadan hər hansı qida vasitələrinə toxunmaq həm sizin, həm də digər isanların həyatı üçün təhlükəli ola bilər.

Qida təhlükəsizliyi nə üçün vacibdir?

• Müştərinin gözləntilərini qarşıalamaq üçün
• İnsanların müxtəlif xəstəliklərə yolxmasının qarşısını alamq üçün
• Qida istehsalında və xidmətlərində davaml inkişafa nail olmaq
• Qida təhlükələrini nəzarətdə saxlamaq
• Qida təhlükəsizliyi haqda qanunvericiliyin tələblərinə əməl etmək

Çirklənmə nədir?
Çirklənmə – qidada (ərzaqda) insanların ölümünə və xəsarət almasına səbəb ola biləcək təhlükələrin mövcudluğunu ifadə edir.

Qida təhlükəsizliyi təlimatı bizi qoruyur:
• Qida ilə bağlı məxsusi xəstəliklərdən
• İqda ilə bağlı təhlükələrdən (bioloji, kimyəvi, fiziki)
• Qarşılıqlı çirklənmədən (cross contamination)

tiic.az

Təlim,inkişaf və innovasiya mərkəzi

One Comment

Leave a Reply